1759691273 hemas

Qəzzada HƏMAS komandirlərindən daha biri öldürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

    Məlumata görə, HƏMAS-ın hərbi qanadı – “Qəzza” briqadası komandirinin müavini və “Zaytun” batalyonunun komandiri İmad Həsən Hüseyn Aslim aviazərbə nəticəsində öldürülüb.

    Onun 2023-cü ildə 7 oktyabr hadisələrinin iştirakçılarından biri olduğu bildirilib.

    Qeyd edək ki, bir neçə gün bundan əvvəl HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Ode də İsrailin hava zərbələri nəticəsində öldürülüb.

    Paylaş: