Ermənistan rəsmi olaraq Rusiyadan təbii qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı müqavilənin birtərəfli şəkildə ləğv edilməsinə dair məktub aldığını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi və Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Ermənistan tərəfinin məlumatına görə, məktub bu gün günorta saatlarında daxil olub.
İrəvan sənədin nəzərdən keçiriləcəyini və bundan sonra zərurət yarandıqda cavab veriləcəyini bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı Aİ-yə üzvlük istiqamətindəki kursunu davam etdirəcəyi təqdirdə qaz, neft və yanacaq müqavilələrinin dayandırılması ehtimalı barədə xəbərdar edib.
Əliyar Xəlil