pasinyan

Ermənistanın baş naziri Nikol Paşinyan parlament sədri Alen Simonyanla birlikdə avtobusda çəkdiyi görüntü ilə sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, videoda Paşinyan və Simonyanın kök yeyərək zarafatlaşdığı görünür.

Sosial şəbəkə istifadəçiləri görüntüləri geniş müzakirə edərək müxtəlif ironik şərhlər yazıblar.

Bəzi istifadəçilər Alen Simonyanı məşhur cizgi filmi qəhrəmanı “Bagz Banni”yə bənzədib, digərləri isə Paşinyanın bu cür paylaşımlarını tənqid edərək baş nazirin siyasəti “uşaq tamaşası”na çevirməsinin doğru olmadığını bildiriblər.

Пашинян снял видео с морковкой во рту

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: