iran 1

Ermənistan İrandan yeni “AD-08 Majid” hava hücumundan müdafiə sistemləri alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Clash Report” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, sistemlər 25 mayda İrəvanda keçirilən hərbi paradın məşqi zamanı aşkar edilib.

“Ermənistan İranın “AD-08 Majid” qısa mənzilli hava hücumundan müdafiə sisteminin ilk məlum xarici operatoru olub”, – deyə vurğulanıb.

İrəvanın sistemləri 2024-cü ilin iyul ayında İran və Ermənistan arasında imzalanmış “gizli silah müqaviləsi”nin bir hissəsi olaraq əldə etdiyi bildirilir.

Məlumata görə, sözügedən silahların qiyməti təxminən 500 milyon dollardır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: