1710349321.mariya zaxarova 900x643 1

Rusiya Ermənistanla iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz iqtisadi və humanitar inkişafın tərəfdarıyıq. Həmçinin bu regionda təhlükəsizlik çağırışları ilə bağlı məsələlərin qarşılıqlı hörmət əsasında həllinə çalışırıq”, – deyə diplomat vurğulayıb.

Mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan heç vaxt anti-Rusiya addımlarında iştirak etməyib və etməyəcək.

Eyni zamanda, Rusiya ilə düşmənçilik niyyətində deyil. O, bu açıqlamanı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti fonunda səsləndirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: