Rusiya Ukraynanın bir sıra strateji obyektlərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilir ki, pilotsuz uçuş aparatları “Tamanneftqaz” dəniz neft terminalı ərazisində yerləşən neft yükləmə infrastrukturunu hədəfə alıb:
“Terminalın neft yükləmə avadanlığında zədələnmə qeydə alınıb. Ukrayna tərəfi bu obyekti Rusiyanın Qara dəniz regionundakı əsas neft ixrac mərkəzlərindən biri kimi qiymətləndirib.
Bununla yanaşı, məlumatda Krım ərazisində sursat anbarının, həmçinin Luqansk vilayəti istiqamətində maddi-texniki təminat, sursat və yanacaq-sürtgü materialları anbarlarının da vurulduğu iddia olunur”.
Açıqlamada əlavə edilib ki, Rusiya qüvvələrinin pilotsuz aparat idarəetmə məntəqələri Belqorod vilayəti, Donetsk vilayəti və Kursk vilayəti istiqamətlərində hədəfə alınıb.
Ukrayna tərəfi həmçinin Kursk vilayətində canlı qüvvənin cəmləşdiyi əraziyə də zərbə endirildiyini bildirib.
Safura Bənnayeva
Globalinfo.az