ABŞ və İran arasında hazırlanması nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumunun mümkün şərtləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, sənəd tərəflər arasında ilkin mərhələdə 60 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutur.
“Bu müddət ərzində Hörmüz boğazı yenidən açılacaq, İran neft ixracını məhdudiyyətsiz həyata keçirə biləcək və eyni zamanda Tehranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
Tərəflərin razılığı olduğu halda müvəqqəti atəşkəs müddəti daha da uzadıla bilər.
Həmin 60 gün ərzində boğazdan keçən gəmilərdən əlavə ödəniş alınmayacaq və İran dəniz marşrutunun maneəsiz fəaliyyəti üçün yerləşdirilmiş minaların təmizlənməsinə razılıq verəcək”, – deyə qeyd olunub.
Məlumata görə, Tehranın dondurulmuş aktivlərin açılması və sanksiyaların yumşaldılması ilə bağlı tələbləri yalnız İran tərəfindən konkret və nəzərəçarpacaq addımlar atıldıqdan sonra icra oluna bilər:
“Sənəddə diqqətçəkən digər məqam isə atəşkəs mexanizminin Livan istiqamətinə də şamil olunmasıdır. Bununla belə, amerikalı rəsmiyə görə, bu, birtərəfli atəşkəs olmayacaq. Əgər “Hizbullah” tərəfindən hücum və ya yenidən silahlanma cəhdi olarsa, İsrail qarşı tədbirlər görmək imkanını saxlayacaq”.
Safura Bənnayeva
Globalinfo.az