Bakıda yerləşən idman zallarından birində məşq zamanı vəfat edən Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev barədə yeni məlumatlar məlum olub.
Globalinfo.az bildirir ki, mərhumun ailə üzvlərinin Metbuat.az-ın bölgə müxbirinə verdiyi məlumata görə, 41 yaşlı Fuad Mirzəyev ailənin böyük övladı olub və bir qardaşı var imiş. Mərhum ailəli olub, 5 yaşlı oğlu yadigar qalıb.
Yaxınlarının dediyinə görə, F.Mirzəyev ciddi səhhət problemindən şikayət etməyib. Onun ailəsinə, xüsusilə azyaşlı oğluna bağlı və qayğıkeş insan olduğu qeyd olunub.
Fuad Mirzəyev Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Mərdəkan qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
***09:29
Azərbaycanda 40 yaşlı vəzifəli şəxs qəfildən vəfat edib.
Globalinfo.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtdakı idman zallarından birində baş verib.
Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər o, ürəktutmasından dünyasını dəyişib.
1986-cı il təvəllüdlü F.Mirzəyev iqtisad üzrə fəlsəfə doktoru, Milli Aviasiya Akademiyasının dosenti idi.
Allah rəhmət eləsin!


