8e2b2d4e bb72 393c 9e0f b80b5edea4da 850

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən hərbi hissələrində şəxsi heyətə psixoloji dəstək fəaliyyəti həyata keçirilib.

Globalinfo.az xəbə verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağrılan gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması, psixoloji sağlamlıqlarının qorunması məqsədilə onlarla qrup və fərdi qaydada psixoloji yardım fəaliyyəti həyata keçirilib, ideoloji iş üzrə profilaktik söhbətlər aparılıb.

Həmçinin gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Bundan əlavə gənc əsgərlərin təlim və tərbiyəsi prosesində iştirak edən zabit və psixoloqlara psixoloji işə aid olan üsul və vasitələrin düzgün tətbiqi, peşəkar vərdişlərin inkişaf etdirilməsi məqsədilə metodiki tövsiyələr verilib.

Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

4794f924 27c6 3ed3 b3d4 760ffac2a109 77004ecc ebb2 3e1f aedf 85a3cfe8168f

Paylaş: