İran yeraltı raket infrastrukturunu yenidən aktivləşdirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Bildirilib ki, İran ABŞ tərəfindən əvvəlki hücumlar zamanı hədəfə alınan bir sıra yeraltı ballistik raket anbarları və tunellərə çıxışı yenidən bərpa edib.
Məlumata görə, İranın raket infrastrukturu əsasən qranit qayaların içində qazılmış dərin yeraltı tunellər və anbar sistemlərindən ibarətdir. Bu tip obyektlər yüksək müdafiə qabiliyyəti ilə seçilir və hava hücumlarına qarşı daha dayanıqlı hesab olunur.
ABŞ aviasiyasının həmin obyektləri tam məhv etməkdə çətinlik çəkdiyi, əməliyyatlar zamanı əsasən giriş və çıxış nöqtələrinin hədəfə alındığı bildirilir.
Nəşrin iddiasına görə, Tehran son aylarda artan gərginlik fonunda bu yeraltı keçidlərin bir hissəsini yenidən qazaraq istifadəyə açıb və raket infrastrukturu üzrə genişmiqyaslı bərpa və modernizasiya işləri aparıb.
Tahir Turan
Globalinfo.az