ABŞ-da Trampın sağlamlığı ilə bağlı müzakirələr güclənib. Belə ki, Donald Trampın fiziki və psixi vəziyyəti ABŞ-da yenidən müzakirə mövzusuna çevrilib.
Globalinfo.az-ın xəbərinə görə, “Die Zeit” nəşri yazır ki, son aylarda onun ziddiyyətli açıqlamaları, yorğun görünüşü və davranışları diqqət çəkir.
Amerikalı nevroloq, psixiatr və psixoloq açıq məktub yayaraq Trampın davranışları ilə bağlı narahatlıqlarını ifadə edib.
Məktubda nitqlərdə qarışıqlıq, impulsivlik və kəskin mövqe dəyişiklikləri qeyd olunub. Bununla yanaşı, mütəxəssislər şəxsi müayinə edilmədən psixi diaqnoz qoymağın düzgün olmadığını vurğulayıblar.
Əliyar Xəlil
Globalinfo.az