polis

Ukraynanın Xmelnitski vilayətində sənədlərin yoxlanılması zamanı polis əməkdaşlarına silahlı hücum edilib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilən sürücünün sənədləri yoxlanılarkən naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

Hadisə nəticəsində polis kapitanı Sergey Çernıy həlak olub. Onun xidmət yoldaşı, polis baş leytenantı Vladislav Sandetski isə xidməti silahla cavab atəşi açıb. Yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: