69fd9b4ad237869fd9b4ad2379177822804269fd9b4ad237169fd9b4ad2375

Bakı Olimpiya Stadionunda XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq işlər yekunlaşmaq üzrədir.

Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarının iştirakı gözlənilən forum, Azərbaycanın son illərdə artan diplomatik və siyasi çəkisinin növbəti göstəricilərindən biri hesab olunur.

Hazırda əsas müzakirə mövzularından biri isə Bakıya hansı liderlərin gələcəyi və keçiriləcək görüşlərin regional-siyasi gündəmə necə təsir edəcəyidir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin artan diplomatik nüfuzunun və beynəlxalq platformalarda fəal rolunun göstəricisidir:

“Rəsmi məlumatlara əsasən, forumda müxtəlif ölkələrdən dövlət və hökumət nümayəndələri, nazirlər, beynəlxalq təşkilat rəhbərləri və iri şəhərlərin merləri iştirak edəcəklər. Həmçinin təşkilatçılar forum çərçivəsində “Dövlət və Hökumət Başçıları Zirvəsi”nin keçiriləcəyini və çoxsaylı liderlərin Bakıya gələcəyini bildirirlər.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova 

Tam siyahı hələ açıqlanmasa da, tədbirin yüksək siyasi təmsilçilik səviyyəsində keçiriləcəyi və rəsmi iştirakçıların siyahısının tədbirə yaxın günlərdə mərhələli şəkildə açıqlanacağı artıq məlumdur. Onu da qeyd etmək lazımdır ki, WUF13 Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını nümayiş etdirməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri və “ağıllı şəhər” layihələrinin təqdimatı baxımından da mühüm platformadır. Forum eyni zamanda Azərbaycanın regional diplomatik mövqeyini daha da gücləndirən strateji tədbir kimi qiymətləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: