Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
Globalinfo.az xəbər verir ki, səfir bu münasibətlə bir neçə media qurumu ilə görüş keçirib.
Fergus Auld görüşdə London və Bakı arasında diplomatik münasibətlərdən, Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlərdən, Qarabağdakı minatəmizləmə prosesindən bəhs edib. Görüşdə diqqətçəkən məqamlardan biri də səfirin Azərbaycan dilində çıxış etməsi olub.
Bundan başqa, o qeyd edib ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük xarici investoru olaraq qalır.
Qeyd edək ki, daha əvvəl xarici işlər naziri Ceyhun Bayramov Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xatırladaq ki, Fergus Auld 2022-ci ildə Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.