1663303780 a5aa462233bf362220dc6658cb6c66e1 1

Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Globalinfo.az xəbər verir ki, səfir bu münasibətlə bir neçə media qurumu ilə görüş keçirib.

Fergus Auld görüşdə LondonBakı arasında diplomatik münasibətlərdən, Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlərdən, Qarabağdakı minatəmizləmə prosesindən bəhs edib. Görüşdə diqqətçəkən məqamlardan biri də səfirin Azərbaycan dilində çıxış etməsi olub. 

Bundan başqa, o qeyd edib ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatının ən böyük xarici investoru olaraq qalır.

Qeyd edək ki, daha əvvəl xarici işlər naziri Ceyhun Bayramov Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Xatırladaq ki, Fergus Auld 2022-ci ildə Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Globalinfo.az

Paylaş: