pualar 98

Ukrayna Rusiyaya hava limanlarına hücumların qarşılıqlı şəkildə dayandırılmasını təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Nəşr qeyd edib ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da oxşar təkliflə çıxış edib.

Xarici işlər nazirinin sözlərinə görə, müqavilə Moskva üçün maraqlı ola bilər, çünki Moskvadakı Şeremetyevo Beynəlxalq Aeroportu və Sankt-Peterburqdakı Pulkovo Aeroportu da daxil olmaqla Rusiya hava limanları Ukrayna hücumlarına qarşı getdikcə daha həssas hala gəlir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Ukraynadakı hərbi hədəflərə, o cümlədən aerodromlara və hərbi-sənaye kompleksi obyektlərinə zərbələr endirdiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: