WhatsApp Image 2024 10 18 at 16.50.23 1

“Qərb və Rusiya ilk dəfə olaraq Ermənistanın daxili seçki mübarizəsində açıq şəkildə tərəf tutublar. Bu isə Ermənistanda vəziyyəti gərginləşdirir, xalqımızı qərbpərəstlər və rusiyapərəstlərə bölür”.

Globalinfo.az xəbər verir ki, bunu “Erməni Milli Konqresi”nin sədr müavini və partiyanın baş nazir postuna namizədi Levon Zurabyan deyib. 

“Ermənistanın Qərb və Rusiya arasında proksi  müharibəsinin döyüş meydanına çevrilməsi üçün cəmi bir addım qalıb. Bu “hibrid müharibənin” səbənkar isə Nikol Paşinyandır.

Əgər Ermənistanı yaxınlaşan “hibrid müharibə“dən xilas etmək istəyirsinizsə, bizim müstəqil siyasi qüvvəni seçin. Biz ölkənin xarici gündəmlərin yaratdığı bölücü xətlər üzrə parçalanmasına imkan verməyəcəyik”, – Zurabyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: