hormuz 900x600 2

İran ABŞ-a məxsus hərbi gəmilərə Hörmüz boğazı yaxınlığında hücum etdiyini açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin mərkəzi komandanlığı sözçüsü polkovnik İbrahim Zülfaqari bildirib.

İran tərəfi ABŞ qüvvələrinin İran gəmilərinə zərbələr endirdiyini və bunun cavabında Hörmüz boğazının şərq hissəsi ilə Bəndər-Çabahar limanının cənubu istiqamətində ABŞ hərbi dəniz qüvvələrinə qarşı “sürətli əks-hücum” həyata keçirildiyini açıqlayıb.

Tehran iddia edir ki, qarşı tərəf ciddi itkilər verib və geri çəkilmək məcburiyyətində qalıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: