1111 3

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 4 vaqondan ibarət, çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 420 ton olan taxıl “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.

***11:24

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 4 vaqon gübrə və 4 vaqon taxıl “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola salınıb.

***09:44

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə Globalinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.

Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Paylaş: