
Ermənistana səfərindən sonra Fransa Prezidenti Emmanuel Makrona ünvanlanan sual diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, Makrona sual ünvanlayan fransız jurnalist Ermənistanda seçkilərə müdaxilə ehtimalları və baş nazir Nikol Paşinyana dəstək amilinə diqqət çəkib.
Jurnalist Makronun Paşinyana tam dəstəyini vurğulayaraq “Bəs bu, seçkilərə müdaxilə hesab edilmir?”, – deyə soruşub.
Onun evində axtarış aparılır: sarsılacaqsınız – Peskov
Makronun cavabı isə müzakirələrə səbəb olub:
“8 ildir etibar etdiyim tərəfdaşımı dəstəklədiyimi gizlətmirəm. Bu, demokratik dövlətin sabitliyini pozmağa yönəlmiş informasiya manipulyasiyası ilə eyni deyil. Fərq ondadır ki, biz hər şeyi açıq şəkildə edirik. Digər tərəfdə isə xarici təsir vasitələr, Moskvanın göstərişi ilə həyata keçirilən müdaxilələr var. Bu yolla demokratiyanı saxtalaşdırmağa çalışırlar. Mən saxtalaşdırmıram”.
Safura Bənnayeva
Globalinfo.az
Həmçinin oxuyun
Makron və həyat yoldaşı Ermənistana gedəcək
Mitsotakis Makrona buna görə təşəkkür etdi