
Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun Ermənistana gəlməməsinin səbəbini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o səfərin baş tutmamasının xanımının şəxsi səbəbləri əlaqələndirib.
“Bricit Parisdə qaldı, amma üzr istəyir. O, Ermənistan haqqında çox düşünür və fikirləri sizinlədir”, – Makron bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Nikol Paşinyan Makronun həyat yoldaşı ilə birlikdə Ermənistana gələcəyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az