“İran nüvə razılaşması ilə bağlı mövqeyini müəyyənləşdirə bilmir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media platformasında yazıb.
“Onlar qeyri-nüvə razılaşmasının necə bağlanacağını bilmirlər. Yaxşı olar ki, mümkün qədər tez ayılsınlar”, – deyə Ağ Ev rəhbəri bildirib.
Paylaşım hərbi fonlu şəkillə müşayiət olunub və üzərində (“Artıq yumşaq davranış olmayacaq”) ifadəsi yer alıb.
Safura Bənnayeva
Globalinfo.az