ady9

ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşmaq üzrədir.

Globalinfo.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.

Paylaş: