“ABŞ qoşunlarıı ölkələr arasında razılaşma tam şəkildə yerinə yetirilənə qədər İran sərhədlərində qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ-ın bütün gəmiləri, təyyarələri və şəxsi heyəti, əlavə sursat, silahlar və onsuz da zəifləmiş düşmənin ölümcül təqibi və məhv edilməsi üçün uyğun və zəruri olan hər şeylə birlikdə, əldə edilən razılaşma tam yerinə yetirilənə qədər yerində qalacaq”, – deyə o, sosial media hesabında yazıb.
Qeyd edək ki, 8 aprel gecəsi ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Lakin elə həmin gün İran ABŞ və İsraili atəşkəsi pozmaqda günahlandırıb və yenidən Hörmüz boğazını bağlayıb. Tehran iddia edir ki, Vaşinqtonla razılaşmaya Livanda atəşkəs daxil edilib, lakin İsrail Müdafiə Qüvvələri “Hizbullah”a hücumlarını davam etdirib.
Əliyar Xəlil
Globalinfo.az