%C6%8Frdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrailin Baş Konsulluğuna edilən hücumu pisləyərək bunu “alçaq təxribat” adlandırıb.

Globalinfo.az-ın xəbərinə görə, o, Ankarada “Roketsan” müdafiə sənayesi müəssisəsinin açılış mərasimində çıxışı zamanı bildirib ki, hadisənin qarşısı təhlükəsizlik qüvvələrinin operativ müdaxiləsi nəticəsində alınıb.

Ərdoğanın sözlərinə görə, üç terrorçu zərərsizləşdirilib. Onlardan biri öldürülüb, ikisi isə yaralanıb. Hadisə zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

“Biz bu gün İstanbulda baş verən və qəhrəman təhlükəsizlik qüvvələrimizin uğurlu fəaliyyəti sayəsində qarşısı alınan alçaq hücumu qətiyyətlə pisləyirik. Terrorizmlə bütün formalarında mübarizəni qətiyyətlə davam etdirəcəyik. Belə planlı təxribatlarla Türkiyənin təhlükəsizliyinə zərbə vurulmasına imkan verməyəcəyik”, – deyə o vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu və kəşfiyyat xidmətləri tərəfindən təcili araşdırmalara başlanılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: