Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 25-i azyaşlı olmaqla ümumilikdə 118 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri ümumilikdə FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar BakıSumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Paylaş: