Rusiya Prezidenti Vladimir Putin Bakıdakı Rus Dram Teatrına göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə Dərbənddə Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında videobağlantı vasitəsilə çıxışı zamanı danışıb.
“Rusiya ilə Azərbaycan arasında münasibətlər mədəni irs də daxil olmaqla, ortaq tarixi keçmişin möhkəm təməli üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, 100 ildən çox əvvəl açılan məşhur Rus Dram Teatrı Bakıda kifayət qədər uğurla fəaliyyət göstərir. Bu baxımdan, teatrın işinə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə və onun Prezidentinə təşəkkür etmək istərdim”, – Putin bildirib.