qar 11

Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a bildirilib ki, dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

***

Martın 27-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.aza verilən məlumata görə, hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.

28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

***10:00

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şahdağa isə qar yağır. Qarın hündürlüyü Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-dir.

Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Paylaş: