lukasenko 1

Belarus Prezidenti Aleksandr Lukaşenko 25–26 mart tarixlərində Koreya Xalq Demokratik Respublikasına (KXDR) rəsmi səfər edəcək. Səfər ölkə lideri Kim Çen Inın dəvəti əsasında həyata keçiriləcək.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində əsas tədbir iki ölkə lideri arasında yüksək səviyyəli danışıqlar olacaq. Görüşdə Belarus–KXDR münasibətlərinin inkişaf istiqamətləri, qarşılıqlı maraq doğuran sahələr və həyata keçirilə biləcək perspektiv layihələr müzakirə ediləcək.

Səfərin əsas məqsədi iki ölkə arasında hüquqi müqavilə bazasını gücləndirmək və əməkdaşlığı daha da genişləndirməkdir.

Qeyd edək ki, Lukaşenko bundan əvvəl Kim Çen Inı yenidən dövlət işləri üzrə sədr seçilməsi münasibətilə təbrik edib, ona sağlamlıq və uğurlar arzulayıb. O bildirib ki, bu nəticə Şimali Koreya xalqının iradəsini əks etdirir.

Paylaş: