mneHIXUmUMts4d9jRcf1jMplq3JlQUApG66Ojmqt 1200 1

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış prodüseri Erol Köse 16-cı mərtəbədən özünü ataraq intihar edib.

Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, prodüserin intihardan əvvəl yazdığı məktubu üzə çıxıb.

Köse məktubunda “Mən bunu ALS xəstəliyimə görə etməyə məcbur oldum; məsuliyyət mənimdir. Pişiyimə yaxşı baxın” yazıb.

Məlum olub ki, prodüser 3 aydır evdən çölə çıxmırmış və bir müddət əvvəl bütün müəlliflik hüquqlarını qızına verib.

Hazırda Kösenin ölümü ilə bağlı cinayət işi açılıb, onun yıxılaraq öldüyü və ya intihar etdiyi istintaqın sonunda müəyyən ediləcək.

Paylaş: