AA 20260321 40888876 40888872 BODRUMDA MARINADA DEMIRLI 5 MOTORYATTA CIKAN YANGINA MUDAHALE EDILIYOR scaled

21 mart 2026-cı il, şənbə günü, saat təxminən 03:30 radələrində Bodrumda bir yaxtda yanğın başlayıb. Güclü küləyin təsiri ilə alov sürətlə yayılaraq bir neçə qonşu yaxta ziyan vurub.

Globalinfo.az xəbər verir ki, Yalıkavak marinanın baş direktoru Umud Özkanın haqqin.az-a verdiyi müsahibədə bildirdiyinə görə, bir sıra Azərbaycan mediası yanğından dərhal sonra “sensasiyalı” xəbərlər yayaraq yanan 5 yaxtın azərbaycanlı iş adamı Anar Alizadəyə aid olduğunu iddia edib.

Lakin Özkan bu məlumatı təkzib edib və qeyd edib ki, yanan yaxtların sahibləri Türkiyə vətəndaşlarıdır. O, sahiblərin adlarını açıqlamayıb.

***19:15

Türkiyənin Muğla vilayətinin Bodrum rayonundakı Yalıkavak marinasında lövbər salan 8 motorlu yaxtda yanğın baş verib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, yaxtada naməlum səbəbdən başlayan yanğın güclü külək səbəbindən yaxınlıqdakı qayıqlara və yaxtlara da keçib.

Yanan yaxtların “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olduğu bildirilir.

Sahil mühafizəsi tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsinə 8 su tankeri və təxminən 30 yanğınsöndürən cəlb edilib.

Təxminən üç saat davam edən yanğın nəticəsində 6 yaxta batıb, digər 2 yaxtaya isə ciddi şəkildə ziyan dəyib. Yanan və batan lüks motorlu yaxtların uzunluğunun 20-30 metr olduğu bildirilib.

Yanğın zamanı yaxtalardakı qaz balonlarının və yanacaq çənlərinin partlaması panikaya səbəb olub.

Yanğının başladığı yaxtdakı heyət üzvü pəncərələrdən özlərini dənizə ataraq xilas ola biliblər.

AA 20260321 40888876 40888875 BODRUMDA MARINADA DEMIRLI 5 MOTORYATTA CIKAN YANGINA MUDAHALE EDILIYOR scaled AA 20260321 40888876 40888874 BODRUMDA MARINADA DEMIRLI 5 MOTORYATTA CIKAN YANGINA MUDAHALE EDILIYOR scaled AA 20260321 40888876 40888873 BODRUMDA MARINADA DEMIRLI 5 MOTORYATTA CIKAN YANGINA MUDAHALE EDILIYOR scaled AA 20260321 40888876 40888871 BODRUMDA MARINADA DEMIRLI 5 MOTORYATTA CIKAN YANGINA MUDAHALE EDILIYOR scaled

Paylaş: