israil ordusu

İsraildə İrana casusluq etməkdə şübhəli bilinən ehtiyatda olan zabit həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

Hərbi qulluqçu “Şir nərəsi” əməliyyatı başladıqdan bir gün sonra tutulub, törətdiyi əməli etiraf edib”, – deyə bildirilib.

Şübhəlinin 26 yaşlı Yerusəlim sakini Raz Koen olduğu deyilir.

İddialara görə, o, aylardır İran kəşfiyyatı ilə əlaqə saxlayıb və onlar üçün bir neçə tapşırıq yerinə yetirib:

“Həmçinin pul müqabilində məxfi məlumatları ötürüb”.

Məlumata əsasən, sözügedən şəxs “Dəmir Qübbə” Hava Hücumundan Müdafiə sistemini idarə edən İsrail ordusunun ehtiyatda olan zabiti olub.

Paylaş: