8f1c3604 3480 4ae9 beed ece287014d44 17

Martın 20-si Ramazan bayramı kimi qeyd olunacaq.

Bu barədə Globalinfo.az-a ilahiyyatçı Ağa Hacıbəyli məlumat verib.

O bildirib ki, Beynəlxalq Astronomiya Mərkəzinin açıqlamasına əsasən, Ay görünüb və 14 dəqiqə ərzində səmada müşahidə olunub. Bu səbəbdən martın 20-si Ramazan bayramı kimi müəyyən edilib.

Qeyd edək ki, Ramazan ayının başa çatması Ayın görünməsi ilə müəyyənləşir və bu, İslam dünyasında bayramın tarixinin təsdiqində əsas meyarlardan biri hesab olunur.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: