trampp 900x600 1

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Cо Kent İrana hücumlara görə istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

O bildirib ki, İranla müharibəni dəstəkləyə bilməz:

“Tehran birbaşa təhlükə yaratmırdı və müharibə qərarı ABŞ-dakı İsrail lobbisinin təzyiqi altında qəbul olunub. Prezidentə yanlış təsəvvür aşılanıb. İrandan təhlükə olduğu məlumatı həqiqət deyildi”.

Ağ Evdə isə onun mövqeyi rədd edilib və Trampın İrandan gələn təhlükəyə dair “inandırıcı dəlilləri” olduğu bildirilib.

ABŞ lideri Kenti “yaxşı oğlan” adlandırsa da, təhlükəsizlik məsələlərində zəif olduğunu qeyd edib.

“Yaxşı ki, istefa verdi”, deyə Tramp deyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: