gnc 1

Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub.

Globalinfo.az Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir.

Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub.

Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***09:12

Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan Globalinfo.az-a verilən xəbərə görə, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    X X X

    Gəncədə atasını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

    Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

      Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

      gnc 2 gnc 3

      Paylaş: