kurd

İran İraq kürdlərini sərhədi keçəcəkləri təqdirdə zərbələrlə hədələyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi İran Müdafiə Şurasına istinadən məlumat yayıb.

“Əgər qruplar İran sərhədlərini keçərsə, Kürd bölgəsindəki bütün hədəflər vurulacaq”, – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, martın 4-də İsrailin “i24” televiziya kanalı minlərlə kürd döyüşçüsünün İrana quru hücumu başlatdığını bildirmişdi

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: