
Rusiya Prezidenti Vladimir Putin Avropa bazarına qaz tədarükünün dayandırılması məsələsinin nəzərdən keçirilməsini təklif edib.
Globalinfo.az xəbər verir ki, o, məsələnin hökumət və yerli enerji şirkətləri ilə birlikdə araşdırılacağını bildirib.
“Avropa bir ay sonra Rusiya qazının alınmasına məhdudiyyətlər qoymağı, 2027-ci ildə isə daha sərt addımlar ataraq hətta tam qadağa tətbiq etməyi planlaşdırır. Bu şəraitdə Rusiya üçün Avropa bazarına qaz tədarükünü indidən dayandırmaq və yeni açılan bazarlara yönəlmək daha sərfəli ola bilər. Belə bir addım ölkəmizə alternativ bazarlarda möhkəmlənmək imkanı verəcək”, – deyə Rusiya lideri qeyd edib.
Vladimir Putin bunun yekun qərar olmadığını, hələlik sadəcə müzakirəyə çıxarılan bir təklif kimi nəzərdən keçirildiyini bildirib.
Safura Bənnayeva
Gloalinfo.az