İsrail Livanın cənubunda silahlı radikalları vurdu

İsrail hərbçiləri Livanın cənubunda tank əleyhinə raketlərlə silahlanmış bir qrup radikala hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları  silahlı dəstənin İsrail ərazisini atəşə tutmağa hazırlaşdığını görüblər. Bu zaman Şeba qəsəbəsi ərazisinə zərbə endirilib.

Həmçinin səhər saatlarında İsrail hərbçiləri şiə Hizbullah təşkilatının təyyarəsinin İsrail ərazisinə düşməsini qeydə alıb.

Mətbuat xidmətinin məlumatına görə, qurğu İsrail-Livan sərhədindəki Har Dov dağı ərazisinə düşüb, tələfat və dağıntılar barədə məlumat yoxdur.