
REKLAM BANNERİ
“ABŞ beynəlxalq sularda İran gəmisinə hücum etdiyinə görə peşman olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında bildirib:
Əlaqəli xəbər
Türkiyədə Azərbaycana qarşı dezinformasiyanı kimlər yayır? – Anadolu Agentliyinin baş redaktorundan RƏY
O, Vaşinqtonu İran sahillərindən təxminən 2000 mil uzaqlıqda, açıq dənizdə cinayət törətməkdə ittiham edib.
“Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan “Dena” gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub. Sözlərimizi yadda saxlayın: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq”, – Əraqçi vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az