ehmedinejad 99

İranın sabiq prezidenti Mahmud Əhmədinejad sui-qəsd cəhdindən sağ çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Bildirilib ki, Əhmədinejad xəsarət almayıb və təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, həftəsonu İsrailin hücumları zamanı İran mediasında Əhmədinejadın taleyi ilə bağlı ziddiyyətli xəbərlər yayılmışdı.

Bəzi KİV-lər onun öldürüldüyünü iddia etsə də, digərləri bu məlumatı təkzib ediblər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: