ady 0

Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Globalinfo.az-a verilən məlumata görə, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

    “Biletləri dəmiryol kassalarından, saytımızdan və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – məlumatda qeyd olunur.

    Bir mətn şəkili ola bilər

    Paylaş: