rusya dmitry medvedev 1

“Əgər Ukraynaya nüvə silahı verilsə, Rusiya hədəflərə qarşı qeyri-strateji nüvə silahından istifadə etməyə məcbur qalacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O bildirib ki, rus kəşfiyyatının Böyük Britaniya və Fransanın Kiyevə nüvə texnologiyaları ötürmək planları barədə məlumatı vəziyyəti köklü şəkildə dəyişir:

“Bu, faktiki olaraq müharibə aparan ölkəyə birbaşa nüvə silahı verilməsi deməkdir.

Zərurət yaranarsa, Rusiya nüvə münaqişəsində Moskvanın həmsöhbətinə çevrilən təchizatçı ölkələrə qarşı da silah tətbiq edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: