“Fikrimcə, NATO “Oreşnik”i legitim hədəf kimi nəzərdən keçirməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna bu təhdidi qiymətləndirəcək. Belarus Prezidenti Aleksandr Lukaşenko böyük səhv edir. Məsələ təkcə “Oreşnik”lə bağlı deyil. Hamı görür ki, hazırda daha çox şou nümayiş etdirirlər. Onlar hələ bütün “Oreşnik” sistemlərini gətirməyiblər, yalnız müvafiq texnikanı yerləşdiriblər.
Artıq Avropanı qorxutmaq üçün hər şeyi edirlər. Amma o, boş yerə oynayır, çünki bu addımlardan sonra, artıq Lukaşenkodan soruşmadan ruslar “Oreşnik”i Belarus ərazisinə gətirəcəklər”, – deyə Ukrayna lideri bildirib.
Zelenski qeyd edib ki, Minsk Belarus ərazisində Rusiya ilə birlikdə hərbi təlimlərdən danışır:
“Bu təlimlərin nə dərəcədə genişmiqyaslı olacağına baxacağıq. Amma əvvəllər belə təlimlər çox kütləvi olanda, Ukrayna ərazisinə hücum baş vermişdi. Bütün bunlar həm Ukrayna həm də belaruslar üçün də böyük riskdir”.
Safura Bənnayeva
Globalinfo.az