pasinyan3

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda İrana rəsmi səfər edəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, baş nazir səfərin dəqiq tarixlərini açıqlamasa da, bildirib ki, hazırda tərəflər mümkün razılaşma üzərində danışıqlar aparır.

Onun sözlərinə görə, danışıqlar uğurla başa çatdıqdan sonra sənədin imzalanması mərhələsinə keçilməsi nəzərdə tutulur.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Tehranın və İrəvanın strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalamağı planlaşdırdığını bildirib. Diplomat qeyd edib ki, sözügedən sənədin 2026-cı ildə Paşinyanın Tehrana gözlənilən səfəri çərçivəsində imzalanması ehtimal olunur.

Gözlənilən razılaşmanın iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsinə yönələcəyi bildirilir. Ekspertlər hesab edir ki, bu səfər Cənubi Qafqazda regional münasibətlər baxımından da diqqətlə izlənəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: