erm%C9%99ni

“Türkiyə ilə Ermənistan arasında birbaşa quru ticarətinin həyata keçirilməsi ilə bağlı prinsipial razılıq əldə edilib. Yeni mexanizmə əsasən, ticarət əlaqələri Gürcüstan ərazisi üzərindən təşkil olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Monitor” nəşri məlumat yayıb.

Məlumata görə, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlı olsa da, razılaşma məhsulların əvvəlki kimi reekspоrt sxemləri olmadan birbaşa daşınmasına imkan yaradacaq. İndiyədək Türkiyə ilə Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilsə də, yüklər tranzit kimi rəsmiləşdirilirdi.

Yeni mexanizmin tətbiqi logistika prosesini sadələşdirəcək və xüsusilə türk ixracatçıları üçün xərclərin azalmasına səbəb olacaq. İlkin hesablamalara əsasən, əvvəlki sxemdən imtina daşınma və sənədləşmə xərclərini təxminən 10–15 faiz azaltmağa imkan verə bilər.

Ekspertlər hesab edir ki, bu addım regionda iqtisadi əlaqələrin yumşalmasına və ticarət dövriyyəsinin artmasına təsir göstərə bilər. Bununla yanaşı, siyasi münasibətlərin gələcək inkişafı razılaşmanın davamlılığı baxımından əsas amillərdən biri kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: