Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlar üçün Avropa İttifaqı (Aİ) tərəfdaşları ilə hazırlıqların vacib olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“İnanıram ki, hazırda ilk növbədə öz üzərimizdə, yəni nə istəmək istədiyimiz üzərində işləməliyik. Biz Ukrayna üçün təhlükəsizlik zəmanətləri, eyni zamanda avropalılar üçün müəyyən şeylər istəyirik”, – Makron bildirib.
Qeyd edək ki, fevralın 3-də Makron Putinlə təmasları üçün texniki səviyyədə hazırlıqların aparıldığını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az