Bakı şəhər Səbail rayonunda yerləşən “Atatürk mərkəzi”ndə ölüm hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə oranın işçisi, paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib. 60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.
Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.