Sumqayıt şəhərində sərnişinlərlə dolu avtobus qəzaya uğrayıb. Xəsarət alan var.
Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti, 22-ci məhəllə ərazisində baş verib.
Məlumata görə, yolun əks-istiqamətinə dönmək istəyən “Tofaş” markalı avtomobil 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa çırpılıb. Nəticədə “Tofaş”ın sürücüsü, 27 yaşlı Kənan Şahbazov xəsarət alıb.
K.Şahbazov deformasiyaya uğramış avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Zaira Akifqızı
Globalinfo.az
