Qazaxıstan prezidenti azərbaycanlı şairi təltif etdi – FOTO

Nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Əkbər Qoşalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təltif edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ə.Qoşalı paylaşım edib.

O, təltifə görə Qazaxıstan prezidentinə həm Azərbaycan, həm də qazax dilində təşəkkür edib:

“Təltifə görə qardaş Qazaxıstanın Prezidenti cənab Kasım-Jomart Tokayevə dərin minnətdarlığımı bildirirəm! Qardaş ölkənin bayrağı uca olsun! Böyük Qazaxıstana böyük salam-sayğılar!” – Ə.Qoşalı bildirib.

Qeyd edək ki, aprelin 3-ü Əkbər Qoşalının 50 yaşı tamam olub.

Zaira Akifqızı
Globalinfo.az