default

“Mərhum maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlər Qərb elitasının fəaliyyətini açıq şəkildə üzə çıxarır”. 

Globalinfo.az xəbər ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV-yə verdiyi müsahibədə bildirib.

Nazir qeyd edib ki, Epşteyn sənədləri ilə bağlı qalmaqal kollektiv Qərbin və bütün dünyaya təsir qurmağa çalışan qurumların simasını ortaya qoyur.

Lavrov sənədlərin məzmununu “insanlıqdan tamamilə kənar” və “şeytanpərəstlik” adlandırıb, bunun normal bir insana izah edilməsinin zərurətini vurğulayıb.

Onun sözlərinə görə, bu sənədlər Qərb ölkələrinin bəzi yüksək səviyyəli nümayəndələrinin fəaliyyətinə dair yeni məlumatlar ortaya qoyur və qlobal təsir vasitələrinə dair mövcud vəziyyəti açıq şəkildə göstərir.

Tahir Turan

Globalinfo.az

Paylaş: